Araz Əfəndi 🎓

Yazıçı-filoloq Araz Əfəndinin yaradıcılığını təmsil edən rəsmi kanal.

🕯️Şeir-Qəzəl🕯️
📌 2017 "AYB Abşeron bölməsinin" üzvü
📌 2018 "AYB Xəzər bölməsinin" üzvü
📙 2020 "Çərçivə" kitab müəllifi
📗 2024 Azərbaycan Yazıçılar birliyininin üzvü

Qurbanlı Araz Qurban oğlu 6 iyun 1994-cü ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olmuşdur. Əslən Naxçıvanın Şərur rayonundandır. Araz Əfəndi məktəb illərindən ədəbiyyata maraq göstərmiş, Bakı və Abşeron ətrafında keçirilən müxtəlif məclislərdə fəal iştirak etmiş, eyni zamanda dövrünün ustad şairlərindən əruz və ədəbiyyatın incəliklərini öyrənmişdir.

2016-cı ildən “Əfəndi” təxəllüsü ilə yaradıcılıqla məşğuldur. Müxtəlif ədəbi müsabiqələrin qalibi, Ümumdünya Nəsimi Festivalının laureatıdır. 2020-ci ildə ilk kitabı nəşr olunmuşdur.

Filologiya təhsilli Araz Əfəndi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və qurumun Xəzər bölməsində fəaliyyətini davam etdirir.

Paylaşımlarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə ola bilərsiniz.