Oftalmoloq cərrah Dr.Rəfadar Xəlilov 25 ildir katarakt, qlaukoma, keratokonus, çəpgözlük, ekzimer lazer kimi əməliyyatları və müalicələrini aparır. Fəaliyyəti dövründə 20 minə yaxını refraktiv olmaqla on minlərlə oftalmoloji cərrahi əməliyyat icra edib. Tibb Elmləri Namizədi Dr.Rəfadar Xəlilov 30-a yaxın elmi məqalənin müəllifi, 2 səmərələşdirici təklifə və 1 elmi yeniliyə görə patent sahibidir. Türkiyə Oftalmoloji, Avropa və Amerika Katarakt və Refraktiv Cərrahiyyəsi Dərnəklərinin üzvüdür. Fəaliyyətini AYNA Göz Lazer Mərkəzində davam etdirir.
Dr.Rəfadar Xəlilov
Bəzi xəstələrə gözdaxili təzyiqi yüksək olsa da qlaukoma diaqnozu qoymuruq. Çünkü gözdaxili təzyiqin yüksəlməsi qlaukoma diaqnozu qoymaq üçün tələb olunan 3 şərtdən biridir. Digər şərtlər yoxdursa onlara qlaukoma demirik. Bəs nə deyirik? - Oftalmohipertenziya.
Qlaukoma olmadıqlarına görə bu, onları boş da buraxdığımız mənasına gəlmir, onları da sıx təqibə alırıq. Gözdaxili təzyiqləri aşağı düşənə qədər müayinə və müalicə edirik. Ta ki, görmə siniri zədələnməsin, görmə sahəsində qlaukomaya xas daralma olmasın.
#RafadarXalilov #GözTəzyiqi #Oftalmohipertenziya #Qlaukoma #Qarasu
1 day ago | [YT] | 5
View 0 replies
Dr.Rəfadar Xəlilov
Keratokonus zamanı gözün buynuz qişasını təşkil edən kollagen ifləri bir-birinə bağlayan rabitələrin sayı normadan az olur, buynuz qişanın sərtliyi azalır, göz daxili təzyiq onu çölə doğru qabardır. Buynuz qişa dikləşdikcə mərkəz hissəsinin qalınlığı azalır və görmə keyfiyyətimiz aşağı düşür.
Liflər arasındakı bağları möhkəmləndirmək üçün icra etdiyimiz Cross-linking əməliyyatı ilə buynuz qişanı kompaktlaşdırırıq. Bu zaman onun şüa keçirmə indeksi dəyişir, görmədə cüzi dumanlıq əmələ gəlir.
Bu dumanlıq təxminən 8 həftə xəstələri narahat edir. Sonra isə, əksər hallarda xəstəni narahat etməyəcək səviyyədə azalır, hətta bir neçə ildən sonra görmə keyfiyyəti üzərində effekti tamamən ortadan qalxmış olur.
#RafadarXalilov #Keratokonus #CrossLinking
1 week ago | [YT] | 5
View 0 replies
Dr.Rəfadar Xəlilov
Bu gün Ümumdünya Görmə Günüdür.
Hər il oktyabr ayının ikinci cümə axşamı günü qeyd olunan günün məqsədi göz sağlamlığına diqqət çəkmək, korluq və görmə pozuntuları problemləri barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Korluğun Profilaktikası Agentliyinin təşəbbüsü ilə təsis olunan gündə hər il müxtəlif mövzularda kampaniyalar keçirilir.
#RafadarXalilov #ÜmumdünyaGörməGünü #WorldSightDay #LoveYourEyes
2 weeks ago | [YT] | 1
View 0 replies
Dr.Rəfadar Xəlilov
Gözdəki tənbəllik (ambliopiya) əgər hər hansı bir refraktiv qüsurdan və ya şüakeçirici mühitlərin şəffalığının pozulması nəticəsində əmələ gəlibsə, belə tənbəlliyin müalicəsində sağlam gözün okklüziyası, yəni qapanması metodundan istifadə edirik.
Biz tənbəlliyin dərəcəsi, xəstənin yaşı və gözün dərəcəsi, refraksiyasını nəzərə alıb gündə bir neçə dəfə mtəyyən bir müddət yaxşı görən gözü qapamağı məsləhət görürük.
Daha yaxşı görən göz artıq görmədiyinə görə, beyin məcbur olaraq tənbəl gözdən gələn görüntünü istifadə etməyə başlayır.
Uşağın yaşı 6-dan aşağıdırsa, çox ciddi şəkildə üstünə düşürük ki, nəticə əldə olunsun. 6 yaşından sonra isə, çox təəssüf ki, nəticə əldə etmə ehtimalımız azalır, görməni çox da yüksək qaldıra bilməyə bilmirik.
#RafadarXalilov #TənbəlGöz #Okklüziya
1 month ago | [YT] | 6
View 0 replies
Dr.Rəfadar Xəlilov
Eksimer Lazer əməliyyatında gözün buynuz qişasına təmas edən lazer şüalarının sürəti və bunun nəticəsində yaranan temperatur göz sağlamlığı üçün çox vacibdir.
Lazer şüaları buynuz qişadakı proteinlərlə təmas etdikdə denaturasiya (kimyəvi reaksiya) baş verir və istilik (temperatur) yaranır. Buynuz qişanın yerli temperaturu 42°C-ni keçdikdə təhlükəli hal alır, 60°C-dən yuxarı qalxdıqda isə geridönməz dəyişikliklərə səbəb olur.
Lazer cihazının yüksək sürətə malik olması təmas müddətini azaldır və əməliyyatın mümkün qədər qısa müddətdə başa çatmasını təmin edir. Bu da buynuz qişa səthinin temperaturu təhlükəli həddə yüksəlmədən əməliyyatın təhlükəsiz tamamlanmasına təmin edir.
Hazırda eksimer lazer əməliyyatları icra olunan cihazlar adətən 400-500 Hers sürətindədirlər. Klinikamızda quraşdırdığımız yeni SCHWIND AMARIS cihazı isə, dünyada 500 Hs sərhəddini aşan yeganə cihazdır. 750 Hers sürətlə bu cihaz əməliyyat zamanı görün buynuz qişasının temperaturunun çox yüksəlmədən əməliyyatı tamamlamağa imkan verir.
Temperaturun bir nöqtədə lokal olaraq yüksəlməməsi üçün SCHWIND AMARIS 750S cihazı süni intellekt əsaslı termorequlyasiya proqramından da istifadə edir. Bu proqram hər növbəti lazer spotunu (şüasını) əvvəlki spotdan maksimum uzaq nöqtəyə vuraraq toxumanın qızmasının qarşısını alır.
#RafadarXalilov #EksimerLazer #SchwindAmaris
1 month ago | [YT] | 9
View 0 replies
Dr.Rəfadar Xəlilov
Çox güman ki, müayinə zamanı həkim uşaqda tənbəl göz aşkarlayıb və qızartı/çirklənməyə qarşı dərman yazıb, dərmanlar bitdikdən sonra eynək təyin etmək üçün yenidən gəlməyinizi istəyib.
Tənbəl gözün əmələgəlmə səbəbi gözlər arasında görmə fərqidir. Bir gözdə nömrə yoxdur, tam 100 faiz görür, digər gözdə hər hansı bir dərəcə var və daha zəif görür. Məsələn, sol göz 0, sağ göz müsbət 2-dir. Bu dərəcəni ortadan qaldırmaq şərtdir – ya eynəklə, ya kontakt linza ilə və ya əlbəttə ki, qalıcı olaraq, daimi problemi həll eləmək istəyiriksə, Eksimer Lazer ilə.
Eksimer Lazer əməliyyatı üçün, bəli, minimum 18 yaş tələbi var. Lakin gözü tənbəllikdən qorumaqdan ötrü daha aşağı yaşlarda da əməliyyat etmək olar. Tənbəl gözlər nə qədər erkən yaşda əməliyyat olunarsa, nəticəsi, effektivliyi o qədər yüksək olar.
#RafadarXalilov #ZəifGörmə #TənbəlGöz #EksimerLazer
1 month ago | [YT] | 9
View 0 replies
Dr.Rəfadar Xəlilov
Tənbəl göz (ambliopiya) zamanı beynin zəif görən gözdən gələn vizual məlumatları (informasiyanı) qəbul etməməsi və analiz etməməsi nəticəsində həmin gözün görmə qabiliyyəti getdikcə zəifləyir.
Gözdə olan hər hansı bir refraktiv qüsur (məsələn, astiqmatizm və ya göz dərəcəsinin yüksək olması) və ya gözün şüakeçirici mühitlərinin şəffaflığının pozulması həmin gözdən gələn görüntünün keyfiyyətsiz olmasına gətirir. Uşağın gündəlik həyatda yalnız yaxşı görən gözündən istifadə etməsi və beynin digər zəif gözdən gələn siqnalları nəzərə almaması nəticəsində göz tənbəlləşə bilir.
Gözdəki tənbəlləşmə vaxtında korreksiya olunub müalicə edilməzsə, bu problem çəpgözlüyə gətirib çıxara bilər. Mütəmadi həkim nəzarəti olmazsa və lazımi tədbirlər görülməzsə, gözdə mövcud olan görmə səviyyəsi daha da azala (zəifləyə) bilər.
#RafadarXalilov #TənbəlGöz #Ambliopiya
2 months ago | [YT] | 10
View 0 replies
Dr.Rəfadar Xəlilov
Katarakt əməliyyatı olan insanların bir qismində əməliyyatdan aylar və ya illər sonra arxa kapsulun şəffaflığının itirilməsi, bulanması mümkündür. Buna “ikincili katarakta” və yaxud da elmi dildə PCO - “Posterior Capsule Opacification” (arxa kapsul bulanması) deyilir. Bunun nəticəsində pasiyentlərin görmələri dumanlaşır.
Bəzi pasiyentlər bunu "yenidən katarakta əmələ gəldi", bəziləri isə, "qoyulan süni linza bulanıqlaşdı" kimi başa düşür. Arxa kapsuldakı bulanmaların ehtimalını artıran ümumi sistem xəstəlikləri və erkən yaşdır. Daha gənc yaşlarda icra olunan katarakta əməliyyatından sonra arxa kapsulun bulanmasına nisbətən daha çox rast gəlinir.
YAG lazerlə arxa kapsulun kəsilib götürməklə "təmizləmək" təxminən 30 saniyə davam edən prosedurdur.
#RafadarXalilov #Katarakta #MirvariSuyu
2 months ago | [YT] | 7
View 1 reply
Dr.Rəfadar Xəlilov
Mən sağ gözümü bağladım, sol gözümlə qarşıya, bir nöqtəyə baxıram. Qollarımı aça bildiyim qədər geniş açıram. Sol gözlə baxa-baxa sağ əlimi ən uzaqdan yavaş-yavaş önə doğru gətirirəm. Bir yerdə sağ əlimi artıq hiss edirəm. Eyni şeyi sol əlimlə də edirəm. Bu iki əlimin arasında qalan sahəni mən görürəm. Baxmayaraq ki, mən gözümü qarşıda bir nöqtəyə zilləmişəm, amma bu qədər sahəni görürəm. Bura bizim bir gözümüzün görmə sahəsidir.
Qlaukomada burun tərəfdən, nazal tərəfdən görmə sahəsi daralmağa başlayır. Yavaş-yavaş görmə sahəsi itir! Xəstə düz baxır, amma baxdığı yeri görmür, bayır (temporal) tərəfi görür, amma bu da işə yarıyan görmə deyil.
#RafadarXalilov #qlaukoma #QaraSu #GörməSahəsi
2 months ago | [YT] | 12
View 0 replies
Dr.Rəfadar Xəlilov
Qlaukoma əlamətsiz gedən xəstəlikdir!
İnsanlar qlaukomadan şübhələnməkdən ötrü hansısa əlamət gözləməməlidirlər. “Filan əlamət deyilmişdi, o əlamət məndə yoxdur, demək qlaukoma məndə ola bilməz.” Elə bir söhbət yoxdur. Ana xəttimiz: “Qlaukoma əlamətsizdir!”
Bəli, gözdaxili təzyiq həddindən artıq çox yüksələrsə, həm gözün özündə, gözün ətrafında ağrılar başlayır. Artıq gecikmiş qlaukomada isə, görmə sahəsi daralır. Bu hal çox təhlükəlidir. Proses davam edərsə, korluqla nəticələnə bilər.
Ona görə də həmişə qeyd edirik: Qlaukoma hər birimiz üçün risk faktorudur və mütəmadi kontrollar olmalıyıq. Erkən mərhələdə, hələ görmədə qalıcı, geridönməz problemlər yaranmadan müalicəyə başlamaq üçün müayinə vacibdir.
#RafadarXalilov #Qlaukoma #QaraSu
2 months ago | [YT] | 6
View 0 replies
Load more