Sağlamlığınız bizim üçün dəyərlidir!
Məlhəm Beynəlxalq Hospital yüksək tibbi standartları, müasir texnologiyaları və peşəkar həkim heyətini bir araya gətirən, sağlamlığınıza qayğı ilə yanaşan unikal bir səhiyyə müəssisəsidir. Burada 113 nəfər həkim və 202 nəfər orta tibb işçisi olmaqla, ümumilikdə 315 nəfərlik peşəkar tibb mütəxəssisi komandası pasiyentlərə beynəlxalq səviyyədə xidmət göstərir.
Fərqimiz:
✅ TMS (Transkranial Maqnit Stimulyasiyası) – nevroloji xəstəliklərin innovativ müalicəsi
✅ Parkinson Mərkəzi – ən son üsullarla müalicə və reabilitasiya
✅ Ağrısız, qansız və kəsiksiz qulaq şəkilləndirilməsi – estetik və rahat prosedur
Hospitalımızda fəaliyyət göstərən mərkəzlər:
✔ Kardiologiya və Kardio-Reabilitasiya Mərkəzi
✔ İnsult Mərkəzi
✔ Süd Vəzi Mərkəzi
✔ Parkinson Mərkəzi
✔ Pediatriya Mərkəzi
✔ Peyvənd Mərkəzi
✔ Arıqlama və Endokrin Mərkəzi
✔ Uşaq Reanimasiya və Təcili Yardım Xidməti
✔ Fizioterapiya və Reabilitasiya Mərkəzi
Melhem Beynelxalq Hospital
İnnovasiya və Peşəkarlıq Zirvəsi
Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri Dr. Ülvi Mirzoyevin Rəhbərliyi ilə Məlhəm Beynəlxalq Hospitaldan Canlı Yayım: TAVİ Əməliyyatında Uğurlu Nəticə
Bakı, 18 Oktyabr 2025– Oktyabrın 17-dən 19-dək Bakıda, Ritz Carlton Otelində Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən 7-ci Azərbaycan İnvaziv Kardiologiya Konqresi (7th Azerbaijan Interventional Cardiology Meeting) yüksək səviyyəli tibbi təcrübənin nümayişi ilə davam edir.
Konqresin ən yaddaqalan məqamlarından biri Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tanınmış invaziv kardioloq Dr. Ülvi Mirzoyevin iştirakı ilə reallaşan canlı əməliyyat yayımı olub. Məlhəm Beynəlxalq Hospitaldan birbaşa yayımlanan bu sessiyada mürəkkəb bir prosedur olan Transkateter Aortal Qapaq İmplantasiyası (TAVİ) uğurla həyata keçirilib.
Yüksək Konsentrasiya və Beynəlxalq Müzakirə
Dr. Ülvi Mirzoyevin başçılıq etdiyi Məlhəm Beynəlxalq Hospitalın kardioloq komandası TAVİ kimi yüksək dəqiqlik və peşəkarlıq tələb edən əməliyyatı icra edərkən maksimum diqqət nümayiş etdirib. Əməliyyatın həssaslığı səbəbindən tibb heyəti prosedurun uğurla başa çatması üçün tam konsentrasiyada çalışıb və bu, canlı yayım zamanı minimal danışıqla müşahidə olunub.
Əməliyyatın gedişatı konqres zalında toplaşan yüzlərlə yerli və beynəlxalq mütəxəssis tərəfindən böyük maraqla izlənilib. Beynəlxalq ekspertlərin daxil olduğu panel əməliyyatın hər mərhələsini canlı olaraq müzakirə edərək, Azərbaycan kardioloqlarının nailiyyətlərini təqdir edib.
Radiologiya və Endokrinologiyada İnnovasiya
Hospital həmçinin tədbirdə müasir Radiologiya xidmətləri və yeni istifadəyə verilmiş İnnovativ Endokrin Mərkəzi barədə məlumat verən videoçarxla təqdimat edib.
Dr. Ülvi Mirzoyevin rəhbərliyi ilə Məlhəm Beynəlxalq Hospitaldan canlı yayımlanan bu cür mürəkkəb cərrahi müdaxilə Azərbaycan səhiyyəsinin beynəlxalq tibb arenasında öz mövqeyini gücləndirdiyini göstərən mühüm bir uğurdur.
@MelhemBeynelxalqHospital #məlhəmbeynəlxalqhospital
1 year ago | [YT] | 4
View 0 replies
Melhem Beynelxalq Hospital
Qrip peyvəndi qrip virusuna qarşı qorunmaq üçün ən effektiv yollarından biridir.
Peyvənd, öldürülmüş və ya zəiflədilmiş virus fraqmentlərini ehtiva edir və immun sistemini virusla mübarizəyə hazırlayır.
🚑TƏCİLİ YARDIM - 803
📍Ünvan: C. Naxçıvanski küç, 433
📞 +994 51 201 71 01
#doktor #virus #peyvənd
1 year ago (edited) | [YT] | 4
View 0 replies
Melhem Beynelxalq Hospital
Uşaq allerqoloq və immunoloqu, Uzm. Dr. Röyalə Babayeva Məlhəm Beynəlxalq Hospitalda xəstə qəbuluna başladı.
Həkim qəbulu üçün 📞803 çağrı mərkəzi və ya 051 201 71 01 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
#allerqoloq #uşaqhekimi
1 year ago (edited) | [YT] | 5
View 0 replies
Melhem Beynelxalq Hospital
Oktyabr — Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayıdır!
Sağlamlığınızı yoxlamaq üçün ən doğru zamandır. 💪
✅Tomosintez – mammoqrafiya qiymətinə
✅Həkim qəbulu – 50% endirimlə
✅Süd vəzi USM – 30% endirimlə
Endirim mammoqrafiyadan keçən hər kəsə şamil edilir.
🚑TƏCİLİ YARDIM - 803
📍Ünvan: C. Naxçıvanski küç, 433
📞 +994 51 201 71 00
#xərçəngləmübarizə #südvəzixərçəngi #xərçəng #vəz #şiş #südvəzi
1 year ago (edited) | [YT] | 4
View 0 replies
Melhem Beynelxalq Hospital
#beynəlxalqhəkimlərgünü
1 year ago | [YT] | 6
View 0 replies
Melhem Beynelxalq Hospital
Müəllimlər Gününə özəl kampaniya!
📅 5 oktyabr tarixində bütün müəllimlərimiz üçün:
✅ Ödənişsiz həkim müayinəsi
✅ Laborator və radioloji müayinələrdə 30% endirim
Yararlanmaq üçün tələsin!
🚑TƏCİLİ YARDIM - 803
📍Ünvan: C. Naxçıvanski küç, 433
📞 +994 51 201 71 01
#müəllimlərgünü #həkim müayinəsi
#müayinə
1 year ago (edited) | [YT] | 4
View 0 replies
Melhem Beynelxalq Hospital
Hörmətlə anırıq.
#27sentyabranımgünü
1 year ago | [YT] | 6
View 0 replies
Melhem Beynelxalq Hospital
Məlhəm Beynəlxalq Hospitalda "Bir Damla Qan, Min Ümidə Can" Şüarı Altında Anım Gününə Həsr Olunmuş Qanvermə Aksiyası Keçirilib !
Məlhəm Beynəlxalq Hospital və Respublika Qan Bankı tərəfindən təşkil olunan qanvermə aksiyasında donorlara xüsusi diqqət və qayğı göstərilib. Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə şəxsən qan verənlərlə görüşərək, onların bu təşəbbüsünə görə təşəkkürünü bildirib və qanvermənin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu izah edib.
Prosesin Təşkili və Donor Təhlükəsizliyi
Qanvermə prosesi tam təhlükəsizlik və nəzarət altında həyata keçirilib:
•İlkin Yoxlama: Qan verməyə gələn şəxslərin ilkin vəziyyətləri, təzyiq və saturasiya səviyyələri yoxlanılıb, yalnız sağlamlığı uyğun olanlar qan verməyə buraxılıb.
• Təminat və Dəstək: Qan verən şəxslər prosesdən sonra çay, kofe və şirniyyatlarla təmin olunublar.
• Tibb Xidməti: Qan verənlər arasında halı pisləşənlərə dərhal ilkin tibbi yardım göstərilib.
• Xüsusi Mükafat: Həmçinin aksiyanın ilk donor olan şəxsinə xüsusi hədiyyə təqdim edilib.
Qan Nümunələrinin Analizi
Donorlardan toplanan qan nümunələri tam yoxlanışdan keçirilməsi üçün Qan Bankına göndərilib.
Toplanan qanlar donorların adları qeyd olunmaqla Qan Bankına təhvil verilib ki, bu da şəffaflığı və donorlara minnətdarlığı əks etdirir.
#aksiya #qanverməaksiyası #qanvermə #məlhəmbeynelxalqhospital #məlhəm
1 year ago (edited) | [YT] | 6
View 0 replies
Melhem Beynelxalq Hospital
26 sentyabr, saat 10:00-dan başlayaraq Məlhəm Beynəlxalq Hospitalda keçiriləcək qanvermə aksiyasına qoşulun.
Qan verin, ümid olun, həyat xilas edin!
🚑TƏCİLİ YARDIM - 803
📍Ünvan: C. Naxçıvanski küç, 433
📞 +994 51 201 71 00
1 year ago | [YT] | 3
View 0 replies
Melhem Beynelxalq Hospital
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən bu günü qürurla qeyd edirik.
Ulu dövlətçiliyimiz daim möhkəm və əbədi olsun!
1 year ago | [YT] | 4
View 0 replies
Load more