Hazır albalı mövsümüdür, mütləq siz də hazırlayın. 🤌🏻 Dəhşəət dadlıdııı👌🏻😍
Resept:
4 əd toyuq filesi
Duz, istiot, sarımsaq tozu
2 əd soğan
1 ç.q zəfəran + 2/3 st qaynar su
Duru yağ, kərə yağı
500 qr albalı (çəyirdəksiz)
1 x.q narşərab
1 x.q şəkər tozu -/+
Duz, istiot
3 st düyü
Qazmaq:
2 əd yumurta
2 x.q qaymaq (xama və ya qatıq)
2 x.q zeytun yağı
Hazırlanma qaydası:
Toyuq filesinə kəsiklər atıb duz, istiot və sarımsaq tozu əlavə edib kənarda gözlədin.
Zəfəranın üzərinə qaynar su əlavə edib dəmlənməsi üçün kənarda gözlədin.
Toyuq filesini qızğın yağda hər iki tərəfini qızardın. Ardıyca həmin yağda soğanı 6-7 dq qovurub üzərinə narşərab, şəkər tozu və 3-4 x.q dəmlənmiş zəfəran suyunu əlavə edib qarışdırın. Üzərinə toyuq filesini əlavə edib qapağı bağlı təxminən 10 dq bişirin. Ardıyca albalı, duz və istiotu əlavə edib təxminən 3-4 dq bişirib ocaqdan alın.
Düyünü yaxşıca yuyub 30-40 dq duzlu suda saxlayıb suyu süzün.
Sonra düyünü duzlu suda təxminən 13-14 dq ara bir qarışdıraraq qaynadın. Dırnaqla düyü bölünürsə deməli bişib. Süzgəcdən süzüb üzərinə soyuq duzlu su əlavə edin.
Qazmaq üçün yumurta, qaymaq, yağ, zəfəran və bişmiş düyüdən əlavə edib qarışdırın.
Düyünün üzərinə dəmlənmiş zəfəran və kərə yağı əlavə edib zəif odda 35-40 dq dəmə qoyun.