Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi

Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi (Zaqatala-Balakən KOBİM) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir.

Mərkəz tərəfindən mikro, kiçik və orta sahibkarlara, öz biznesini qurmaq istəyənlərə biznesyönümlü təlimlər və məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək göstərilir. KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir