Seyyid Taleh Boradigahi 

Tale Mirhadi oğlu Əsədov — azərbaycanlı ilahiyyatçı, din xadimi, Əhli-beyt (ə) məddahı və mərsiyyəxandır. “Azərbaycan İlahi Nəğmələr Qrupu”nun rəhbəridir.

2 avqust 1988-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində dindar ailədə anadan olub. Uşaqlıq illərindən dini elmlərə və mərsiyyə sənətinə maraq göstərib. Bir müddət ailəsi ilə Rusiyada yaşayıb və 8–9 yaşlarından məhərrəmlik mərasimlərində mərsiyyələr oxumağa başlayıb.

Orta təhsilini Rusiya və Boradigah qəsəbəsindəki Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə alıb. İlk dini təhsilini atasından alan Tale Əsədov 16 yaşında Bakıya köçərək İslam Universitetinə daxil olub. Gənc yaşlarından məddah kimi tanınmağa başlayıb və fəaliyyətini dini mərasimlərdə, eləcə də islami toy məclislərində davam etdirib.

Ailədə üç qardaşdır. Doğma qardaşları Seyyid Fariq və Seyyid Peyman da onun ustadlığı ilə yetişmiş Əhli-beyt məddahlarıdır.


Seyyid Taleh Boradigahi

Xanım Zeynəb (s.ə.)!
Bu gün Sizin mövludunuzdur… Sizin məddahınız olaraq, artıq hüzurunuzda mədhiyyə oxumağa belə utanıram. Öz halımdan xəcalət çəkir, özüm-özümdən iyrənirəm… 😢

3 weeks ago | [YT] | 89

Seyyid Taleh Boradigahi

Hicablı uşaqlarımızı və müəllimələrimizi hicabla məktəbə buraxın!

1 month ago | [YT] | 9,232

Seyyid Taleh Boradigahi

Milyonlardan biri də mənəm. Təşəkkür edirəm ya Hüseyn 🥹

3 months ago | [YT] | 2,982

Seyyid Taleh Boradigahi

🎉 Şükürlər olsun!

Azərbaycanın YouTube platformasında ən böyük dini kanal olan “Seyyid Taleh Boradigahi” kanalı yarım milyarddan (500 milyondan) çox izlənmə həddini keçdi.

Bu böyük nailiyyətə görə ilk növbədə Uca Allaha sonsuz həmd və səna edirik. Haqq səsimizin milyonlarla insana çatmasına dəstək olan bütün dəyərli izləyicilərimizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk.

Rəbbimizdən diləyimiz budur ki, bu xeyirli xidmətimizi qəbul etsin, bərəkətini artırsın və haqq sözünü daha böyük kütlələrə çatdırmağı bizə nəsib etsin.

Allah sayımızı milyardlara çatdırsın! Amin! 🤲

3 months ago | [YT] | 1,293

Seyyid Taleh Boradigahi

Can Rüqəyyə

3 months ago | [YT] | 53

Seyyid Taleh Boradigahi

İmam Hüseyn (ə) tək şəhid oldun sən.
Yandırdı bizi parçalanan bədən ;(

4 months ago | [YT] | 266