Seyyid Taleh Boradigahi 

Tale Mirhadi oğlu Əsədov — azərbaycanlı ilahiyyatçı, din xadimi, Əhli-beyt (ə) məddahı və mərsiyyəxandır. “Azərbaycan İlahi Nəğmələr Qrupu”nun rəhbəridir.

2 avqust 1988-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində dindar ailədə anadan olub. Uşaqlıq illərindən dini elmlərə və mərsiyyə sənətinə maraq göstərib. Bir müddət ailəsi ilə Rusiyada yaşayıb və 8–9 yaşlarından məhərrəmlik mərasimlərində mərsiyyələr oxumağa başlayıb.

Orta təhsilini Rusiya və Boradigah qəsəbəsindəki Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə alıb. İlk dini təhsilini atasından alan Tale Əsədov 16 yaşında Bakıya köçərək İslam Universitetinə daxil olub. Gənc yaşlarından məddah kimi tanınmağa başlayıb və fəaliyyətini dini mərasimlərdə, eləcə də islami toy məclislərində davam etdirib.

Ailədə üç qardaşdır. Doğma qardaşları Seyyid Fariq və Seyyid Peyman da onun ustadlığı ilə yetişmiş Əhli-beyt məddahlarıdır.